Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.
BUTA.TV-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.
Günün ilk matçı "A" qrupunda Bosniya və Herseqovina ilə Litva yığmaları arasında olub. Gərgin mübarizə şəraitində keçən görüş litvalıların 40:37 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca meydançaya "B" qrupunda qərarlaşan İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib - 33:11.
Bu qrupun İsrail - Farer adaları görüşündə "cırtdanlar"ın qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları rəqibini 38:22 hesabı ilə məğlub edib.
Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.
Sabah Avropa çempionatda daha 4 qarşılaşma baş tutacaq. "A" qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. "B" qrupunda isə Yunanıstan - İsrail və İspaniya - Lüksemburq görüşləri keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı