Çin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı diplomatik strategiyasını dəyişmək qərarına gəlib, lakin hələlik mövqedə köklü dəyişiklik yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” yazıb.
“Çinin Ukraynada müharibəyə son qoymaq məsələsində Səudiyyə Ərəbistanında beynəlxalq danışıqlara qoşulmaq qərarı Pekinin yanaşmasında mümkün dəyişikliyə işarə edir, lakin bu, Moskvaya dəstəyindən geri çəkilməsi deyil”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Pekin Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina edib və iyunda Danimarkada keçirilən sülh danışıqlarının ilkin raunduna qoşulmamışdı:
“İndi isə Çin nümayəndəsi Səudiyyə Ərəbistanının iştirakı ilə təşkil edilən və Ukraynanın Rusiyanın yoxluğunda öz planını təbliğ etdiyi sammitdə iştirak edib”.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı