Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna üzrə danışıqlar Qərbin zəfəri ola bilməz və olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov bildirib.
"Bunun üçün aparıcı qeyri-Qərb ölkələrinin dərhal öz mövqelərindən əl çəkərək ABŞ və Qərbin mövqelərinə keçməsi lazım gələrdi. Bu isə mümkün deyil. Qərb alyansının və Cənubun aparıcı ölkələrinin Ukrayna böhranına yanaşmaları həddən artıq fərqlidir”, - o deyib.
Puşkov qeyd edib ki, Çin “Zelenski formulu”nu dəstəkləməyəcək:
“Çinin Rusiya ilə xüsusi strateji münasibətləri var, ABŞ-la, o cümlədən Ukrayna ilə bağlı əsaslı fikir ayrılıqları mövcuddur. Üstəlik, Pekin artıq nizamlanmada əsas götürülməli olan bir sıra prinsiplər irəli sürüb".
Qeyd edək ki, ötən gün Ciddədə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində sülh sammiti start götürüb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı