“Zənglərə cavab verməkdən telefonlarımın “zaryadka”sı qurtardı. Belə şey olar? Hər şey qaydasındadır, salamatlıqdır. Deyəsən, axırda ölkədən köçüb gedəcəyəm. Bunlar məndən nə istəyirlər? Heç kimi məhkəməyə vermək istəmirəm, ayıb bilirəm. Axırda mənimlə bağlı saxlanılma xəbəri yayan portalları məhkəməyə verəcəyəm, hamısından pul alacaqlar, ağılları başlarına gələcək. Evimdə-eşiyimdə oturmuşam, canımla əlləşirəm. İstəyirəm canlı yayım açım hamıya deyim ki, saxlanılmamışam, yalan söhbətdir”.
Bu sözləri açıqlamasında tanınmış meyxanaçı Elşən Xəzər deyib.
“Bu nədir, yenə aləmi bir-birinə vurmusunuz? Mərdi qova-qova axırda namərd edəcəklər. Bu, qərəzdir. Heç kimdən şikayət etmək halında deyiləm. Hansısa uşağın ata-anasını gözüyaşlı qoymaq olmaz. Mənə ayıbdır. Mən heç nə etmədikcə bunlar həyasızcasına işləri artırırlar”.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı