Abşeron rayon Ceyranbatan qəsəbəsində yaşayan Surəddin Mirzəliyevin ümumilikdə 25 barmağı var. 27 yaşlı S.Mirzəliyev buna bənzər hallara onların ailəsində tez-tez rast gəlindiyini, lakin onun digər ailə üzvlərindən bir qədər fərqləndiyini bildirib.
O deyib: “Mənimlə bərabər, dörd qardaşımın da əlində altı barmaq var. Bir tək məndə əlimin birində yeddi barmaq var. Bu, məndə anadangəlmədir”. S.Mirzəliyevin hər bir ayağında altı barmaq, bir əlində altı, o biri əlində isə yeddi barmaq olmaqla, ümumilikdə 25 barmağı var. Daha ətraflı Baku TV-nin süjetində:
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı