Səudiyyə Ərəbistanında keçiriləcək sammitdə ölkələr Ukraynanın sülh formulunun bəndlərinə görə məsuliyyəti bölüşəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva “Azadlıq” radiosuna müsahibəsində deyib.
O bildirib ki, Cənub ölkələrinin Ukrayna sülh formulunun 10 prinsipinin təşkilində iştirak etməməsi tamamilə normaldır. Bunu nəzərə alaraq, Ciddə sammitinin vəzifələrindən biri bu və ya digər məqamda birgə təşkilatlanma və ya həmrəylik üçün ölkələr arasında məsuliyyətin bölüşdürülməsi olacaq:
“Əgər Çin nüvə təhlükəsizliyindən danışırsa, onda məsələn, o, nüvə təhlükəsizliyi üzrə birinci bənddə lider ola bilər. Əgər Braziliya ekoloji məsələlərlə məşğul olarsa, o, səkkizinci bənddə asanlıqla həmsədr, ya da təşkilatçılardan biri ola bilər. Bu, normal təcrübədir. Biz hər bir ölkənin mövqelərindəki fərqi başa düşürük”.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı