Prezident İlham Əliyev “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci və 2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur;
1.4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci və 2.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.
2. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədrinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı