Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad olunan ərazilərə növbəti səfəri təşkil olunub.
Axara.z Report-a istinadən xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.
Şuşa şəhərində reallaşan iclasa ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.
Toplantıda görülən işlər və cari məsələlərlə yanaşı, Şuşa şəhərinin biomüxtəlifliyi, bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarəolunması, buradakı yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi, Şuşada icra olunan layihələrin ekoloji qiymətləndirilməsi və digər bu kimi məsələlər müzakirə olunacaq.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı