Torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad edildiyi zaman biz çox sevindik. Hesab edirdik ki, heç olmasa yaxınlarımızın qalıqları bizə geri qaytarılacaq. Ancaq Ermənistanın vəhşiləri bununla bağlı bizə heç bir məlumat vermirlər. Buna görə də biz BMT-yə müraciət edirik.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a müsahibəsində 1992-ci ildə Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüş İlham Dadaşovun anası Elmira Dadaşova deyib.
“Ermənilər insanlıqdan tamamilə kənardırlar. Sözün bitdiyi yerdir. Mən 30 ildir yoxluğunu bilə-bilə oğlumun yolunu gözləyirəm ki, bəlkə nə vaxtsa gələr. Sağ olaraq vermədilər, heç olmasa nəşini versinlər, bir ana olaraq bu mənə böyük təsəlli olar”, - deyə Elmira Dadaşova vurğulayıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı