Polşanın Baş naziri Mateuş Moravetski Kiyevin Polşa səfirini Xarici İşlər Nazirliyinə çağırmaq qərarını səhv adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Moravetski Tvitterdə yazıb.
O bildirib ki, Ukrayna belə bir addımı atmamalı idi:
“Polşa səfiri - Rusiyanın Ukraynanı işğal etdiyi gün Kiyevdə qalan yeganə səfir - Xarici İşlər Nazirliyinə çağırılmamalı idi. Beynəlxalq siyasətdə, davam edən müharibə şəraitində Polşanın Ukraynaya verdiyi böyük dəstəyi nəzərə alsaq, belə səhvlərə yol verilməməlidir”.
Qeyd edək ki, Polşa da Ukraynanın səfiri Vasili Zvariçi Xarici İşlər Nazirliyinə çağırıb. Səbəb isə Kiyevin Polşa səfirini Ukraynanın onlara təşəkkür etməməsi ilə bağlı Varşavadan gələn tənqidlər fonunda XİN-ə çağırması olub.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı