“Politiko” qəzetinin Ukrayna Prezidenti Vladimir Zelenskinin ölümü halında hakimiyyətin varisliyini təmin etmək üçün plan hazırladığı barədə məlumatı yanlışdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Bu, tamamilə yanlış məlumatdır, heç bir plan yoxdur. Ölkənin prezidenti, öz vəzifəsini yerinə yetirən Ali Baş Komandanı var. Möhtərəm "Politiko" nəşrinin bunu niyə etdiyini söyləmək mənim üçün çətindir", - o deyib.
Danilov əlavə edib ki, belə şayiələrin olması xarici mətbuatla əlaqə saxlayan və bu cür məlumat verən dövlət məmurları üçün suallar yaradır.
Qeyd edək ki, daha öncə "Politiko" nəşri Prezident Vladimir Zelenskinin öldürüləcəyi təqdirdə Kiyevin əvvəldən hazırlanmış planı olması barədə xəbər yayıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı