Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.
BUTA.TV xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də "Əsas məsələ" verilişində deyib.
O bildirib ki, Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.
1992-ci il yanvarın 11-də Baş Prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən Baş prokurorluğun rəsmisi tərəfindən hadisə yerininin fotoları təqdim olunub.
Uzun müddət aparılmış istintaq nəticəsində Xaçatryan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini deyən İ.Səfərov söyləyib ki, 2013-cü ildən V. Xaçatryan beynəlxalq axtarışa verilib.
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq