Türkiyədə yaşayan azərbaycanlı rejissor, əməkdar incəsənət xadimi Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə tanınmış aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Başda müəlliməm Zəminə Hacıyeva olmaqla bütün sevənlərinə başsağlığı verirəm. Məkanınız cənnət olsun. Həm Azərbaycanda, həm də Türkiyədə yetişdirdiyiniz tələbələriniz sizi heç vaxt unutmayacaq”, - deyib.
Qeyd edək ki, F.Hacıyev xalq artisti Rauf Hacıyevin oğludur. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Türkiyədə bir çox təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərib. Rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib.
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq