Ayfon-15 və 15 Pronun detalları bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə "Bloomberg” xəbər yayıb.
Bildirilir ki, Əpl smartfonlarında yeni, proqramlaşdırıla bilən düymə olacaq. Ekran çərçivəsi, demək olar ki, bir millimetr nazikləşəcək, "Lightning" konnektoru tarixdə ilk dəfə olaraq "USB-C" portunu əvəz edəcək.
Yeni Ayfonun daha böyük ekranı, təkmilləşdirilmiş kamerası və prosessoru olacaq. İlk dəfə standart Ayfon-15 modelində "Dynamic Island" - əlavə funksionallığı olan ön kamera üçün kəsik olacaq.
Qeyd edək ki, “Pro” və “Pro Max” displeyləri LIPO texnologiyası ilə hazırlanacaq ki, bu da ekranın çərçivəsini 0,7 mm kiçildəcək və onun eni cəmi 1,5 mm olacaq.
Məlumata görə, Ayfon Pronun dizaynı da yenilənəcək: korpusun çərçivəsi titandan, arxa paneli isə tutqun şüşədən hazırlanacaq.
Əlavə olaraq, telefonun daxili strukturu da dəyişəcək ki, bu da onun təmirini asanlaşdıracaq.
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq