Müharibədən əvvəl ən zəngin rusların siyahısında yer alan 200 nəfərdən ən azı 81-i Ukrayna-Rusiya müharibəsində istifadə olunan silahların istehsalı da daxil olmaqla müdafiə müqavilələrindən milyardlar qazanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Proyekt” internet nəşrinin hazırladığı “Döyüş itləri” filmində deyilir.
“Siyahıya Aleksey Mordaşov, Vladimir Potanin, Gennadi Timçenko, Əlişir Usmanov, Roman Abramoviç, Leonid Fedun, Arkadi Voloj və başqaları daxildir. Bu iş adamlarının müəssisələrinin 2014-cü ildən bəri Rusiya Müdafiə Nazirliyindən aldıqları açıq müqavilələrin ümumi məbləği ən azı 220 milyard rubl (2,5 milyard dollar) təşkil edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, 2017-ci ildən sonra Müdafiə Nazirliyi və hərbi zavodlar müqavilələri kütləvi şəkildə məxfiləşdirməyə başladılar. Ona görə də araşdırmada yer alan müqavilələrin əksəriyyəti 2014-2018-ci illərə aiddir. Müharibədən bəhrələnən iş adamlarının real sayı və qazanılan pulların miqdarı daha yüksək ola bilər.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı