Bakı ilə Xankəndi arasında “dialoq” asimmetrik olacaq. İndiki vaxtda hətta siyasi muxtariyyətin müzakirəsini də gözləmək əbəsdir. Çətin şeylər yazdığımı bilirəm, amma seçim yoxdur. Qarabağda vəziyyət çətinləşir və indi pafos zamanı deyil.
BUTA.TV xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Feysbukda yazıb.
“Dialoq” Rusiya sülhməramlılarını hərəkətə gətirməyin və ya Qarabağın erməni əhalisi üçün hansısa beynəlxalq təhlükəsizlik mexanizminin yaradılacağına qeyri-müəyyən ümid bəsləmək üçün son yoldur. Qlobal mənada ya 9 noyabr rejimi bərpa olunmalı, ruslar Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verməlidirlər (yeni mexanizm yaradacaqlarına inanmaq çətindir), ya da Qarabağ ermənilərinin təxliyəsi haqqında düşünməlidirlər. Mümkün “dialoq” bütün beynəlxalq aktorların niyyətlərini və bizim gözləntilərimizi və ya onların yoxluğunu aşkar etmək üçün son sınaqdır”, - o bildirib.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı