Niger Fransaya uran və qızıl ixracını dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Arab Africa” Teleqram kanalı məlumat yayıb.
“Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib”, - məlumatda deyilir.
Qeyd edək ki, Niger dünyanın dördüncü ən böyük uran istehsalçısıdır və Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35%-i Nigerdən gətirilib.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı