Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.
BUTA.TV xəbər verir ki, Süleyman Qasımov həmçinin “Petkim”in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq da fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı