Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynada müharibənin dörd il davam edəcəyini açıqlayıb. O bildirib ki, bu, AB-nin mövqeyidir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Slovakiyanın xarici işlər naziri Miroslav Vlaxovski isə həmkarını kəskin şəkildə tənqid edib. Tvitterdə diplomatlar arasında dialoq alovlanıb.
Belə ki, Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç sosial şəbəkədə Siyartonun Rusiya ilə müharibədə AB-nin Ukraynaya dəstəyindən şikayətləndiyi video yayımlayıb.
O, bəyan edib ki, AB Ukraynada müharibənin daha 4 il davam edəcəyinə hazırlaşır:
"AB Ukraynadakı müharibənin daha dörd il davam edəcəyinə inanır. Bu dörd ildə nə qədər insan öləcək? Dörd ildə nə qədər macar öləcək? Və dörd il ərzində nə qədər dağıntılar olacaq".
Vlaxovski Siyartoya kəskin cavab verib:
"AB 27 ölkədən ibarətdir. Müharibənin 4 il davam edəcəyini deyən heç bir debatı xatırlamıram. Müharibə sabah da bitə bilər. AB problem deyil, Rusiya problemdir".
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı