Kreml və ümumilikdə Rusiya mediası Ukraynanın əks-hücum əməliyyatını uğursuz şəkildə qələmə vermək üçün səylərini artırıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Putin ötən gün bildirib ki, son günlər rus qoşunları Ukrayna ordusunun Zaporojye istiqamətində intensiv hücumlar üçün istifadə etdiyi 50 zirehli texnikadan 39-nu sıradan çıxardıb. Onun sözlərinə görə, rus qoşunları bu hücumu həyata keçirən Ukrayna ordusunun şəxsi heyətinin 60%-ni, eləcə də ərazidəki Ukrayna döyüş aviasiyasının pilotlarının 40%-ni məhv edib. Ümumiyyətlə, Putin Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya qüvvələrinin inanılmaz miqdarda texnikanı məhv etdiyini iddia edib. Amma son günlərdə Ukraynaya hücumları ilə bağlı rəqəmlər onun ehtimal olunan itkiləri şişirtdiyini göstərir.
Rusiyalı hərbi müxbirlər də iddia edirlər ki, rus qoşunları Ukraynanın onlarla zirehli texnikasını məhv edib və iddia edilən itkilərə görə Kiyev əks-hücumu irəli getmir. Ukrayna əks-hücumunun uğursuz əməliyyat kimi göstərilməsi onu deməyə əsas verir ki, Kreml özünü hərbi əməliyyatların effektiv lideri kimi tanıtmaq səylərini artırır”, - məlumatda deyilir.
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?