"Borussiya"nın (Mönhenqladbax) müdafiəçisi Ştefan Layner lenfoma xəstəliyinə tutulub.
BUTA.TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı avstriyalı futbolçu bir neçə aylıq müalicə kursu keçməli olacaq. Xəstəlik erkən mərhələdə aşkarlanıb, müalicə olunur. Laynerin tam sağalması və tam həyata qayıtması şansları yüksəkdir. Çox güman ki, futbolçu peşəkar idmana qayıdacaq.
“Stefiyə ən yaxşı müalicəni təmin etmək üçün əlimizdən gələni edəcəyik. Biz ona və ailəsinə bu xəstəliyə qarşı mübarizədə güc və nikbinlik arzulayırıq”, - deyə “Borussiya”nın direktorlar şurasının üzvü Roland Virkus bildirib.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video