UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” cərimələnib.
BUTA.TV xəbər verir ki, "Jelezniçar"ın I mərhələdə Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları klubun cərimələnməsinə səbəb olub.
UEFA Bosniya təmsilçisini 8000 avro məbləğində cərimələyib.
Qeyd edək ki, sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video