Rusiya İranın köməyi ilə öz ərazisində dron istehsalı zavodu tikir ki, bu da gələcəkdə Ukraynadakı müharibəyə ciddi təsir göstərə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ kəşfiyyatçılarının fikrincə, yeni zavod Rusiyaya əvvəllər İrandan ala biləcəyindən daha böyük ölçüdə yeni dron ehtiyatı verəcək. Aprel ayında ABŞ dron fabrikinin tikintisinin planlaşdırıldığı ərazinin peyk şəklini yayımlayıb. İran obyektin tikintisinə kömək etmək üçün mütəmadi olaraq Rusiyaya avadanlıq göndərir. Tehran Moskvaya 400-dən çox “Şahid-131”, “Şahid-136” və “Mühacir” PUA-sı verib, Rusiya bu ehtiyatı demək olar ki, tamamilə tükədib. İran Rusiyanı hərbi texnika ilə təmin etməkdən faydalanır. Çünki Tehran öz silahlarını beynəlxalq alıcılara nümayiş etdirir, eyni zamanda, Rusiyadan kosmos, eləcə də raket proqramları üçün pul və dəstək alır”, - məlumatda deyilir.
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video