Moskva əmindir ki, NATO-nun müdaxiləsi Cənubi Qafqazda nizamlanmanı uzun müddət təxirə salacaq və sabitliyi pozacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ermənistan rəsmiləri ilə Pentaqon arasında təmaslar məsələsinə gəlincə, biz görürük ki, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyə Cənubi Qafqaza daha çox maraq göstərir. Əminik ki, alyansın regionun işlərinə qarışması sabitliyin pozulmasına gətirib çıxaracaq və tamhüquqlu sülh nizamlanmasını uzun müddətə təxirə salacaq”, - o bildirib.
Zaxarova əlavə edib ki, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyi Cənubi Qafqazda sabitliyə gətirib çıxaracaq nəticə göstərib.
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü