Bakıda kondisionerlərin az qala bütün evlərdə quraşdırılması növbəti problemə yol açıb: kondisionerdən axan su qonşuların eyvanına, həyətdən keçən insanların üstünə tökülür və bu da ciddi narahatlıq yaradır. Bunun hər hansı tənzimlənmə mexanizmi varmı?
Məsələ ilə bağlı BUTA.TV-a danışan əmlak eksperti Ramin Osmanlı bildirib ki, bu problem adi vətəndaşdan tutmuş məmura qədər, hər kəsi ciddi şəkildə narahat edir.
”Kondisionerdən xaric olan su “tullantı suyu” sayılır və onun birbaşa küçəyə, həyətə axıdılması yolverilməzdir. Ən son inşa edilən binalarda bununla bağlı müəyyən işlər görülür: kondisionerdən və yaxud eyvanlardan suyun ixracı mərkəzləşmiş qaydada ümumi sistemə qoşulur və oradan kanalizasiya xəttinə birləşdirilir. Ancaq bu, ən son tikintilərə aiddir. Bakıda köhnə binalar da daxil olmaqla, yeni tikililərin 90 faizində belə şərait olmadığından, kondisionerdən xaric olan tullantı suyu insanlar üçün ciddi narahatlığa çevrilib”, - o deyib.
Ekspertin sözlərinə görə, kondisioner suyunun ixracının tənzimlənməsi üçün qanunvericilikdə də boşluq var:
“Buna görə də bu problem həll olunmur. Nəticədə bir çox hallarda insanlar bu tullantı sularından əziyyət çəkirlər: eyvanda istirahət etmək, binaların yaxınlığında hərəkət etmək və yaxud paltar qurutmaqda problemlər yaşanır”.
R.Osmanlı bununla bağlı mütləq tənzimləmə mexanizminə ehtiyac olduğunu vurğulayıb.
- “Mersedes”lə qəza törətdi: anası öldü
- XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video