“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov işindən ayrılıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, Feysbukda məlumat yayıb.
"Bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğum və bu gün 149 yaşını qeyd edən doğma Kapital Bank-dan ayrılıram. Bu illər təhsilim, peşəkar təcrübəm, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub. Bu uğura və inkişafa görə, mənə inanan, etimad göstərən, dəstəkləyən bankın rəhbərliyinə, həmçinin həmkarlarıma təşəkkür edirəm.
Fəaliyyətimizin effektiv olmasına birbaşa təsir edən, ölkənin media monitorinq reytinqlərində hər zaman bizi birinci edən Kütləvi İnformasiya Vasitələrinə, jurnalist dostlara da dəstəyə görə “çox sağ olun!” demək istərdim. Hər zaman demişəm, yenə təkrar edirəm - bizi, yəni mətbuat katiblərini “biz” edən media nümayəndələridir. Dostlar hər bir şeyə görə çox sağ olun!
P. S. Yeni iş yerimlə bağlı yaxın zamanlarda məlumat verəcəyəm. Daha böyük, daha məsuliyyətli və daha strateji işlərə köməkliyinizlə birgə imza atmaq ümidilə!", - o yazıb.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir