İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevə zəng edib.
BUTA.TV xəbər verir ki, dövlətimizin başçısı Şövkət Mirziyayevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Dövlət başçıları əlaqələrimizin bundan sonra da hərtərəfli inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, yaxın gələcəkdə Şövkət Mirziyayevin Azərbaycana dövlət səfərinin gözlənildiyi vurğulanaraq, bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə edilib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir