İşğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında yazıb.
“Qarabağ iqtisadi rayonunda daha bir yenilik! Azərbaycanda ilk dəfə işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur. Bu həm ekoloji, həm də iqtisadi səmərədir!”, - o, sosial şəbəkədə qeyd edib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir