Ermənistan parlamenti ölkənin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov deyib.
“Anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərlə bağlı Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Güman edirik ki, erməni həmkarlarımızın bu addımı antirusiya kontekstinə malik deyil. Lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. İrəvanı Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə nəzərdən keçirməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”, - o bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi 24 mart 2023-cü il tarixli qərarında Roma Statutunun ölkə konstitusiyasına zidd olmadığını bildirib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir