Bayden Texasdakı faciə ilə əlaqədar ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən bütün hökumət binalarının və meydanların, hərbi postların və hərbi dəniz bazalarının, Kolumbiya dairəsində və ABŞ-ın bütün federal hökumət gəmilərinin üzərində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm”, - deyə Ağ Evin saytında bildirilib.
Bayraqlar 2023-cü il mayın 11-dək yarıya qədər endiriləcək.
Bayden əlavə edib ki, o, federal qurumlara hadisənin araşdırılmasında bütün lazımi dəstəyi göstərməyi tapşırıb.
Qeyd edək ki, ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində 9 nəfər ölüb.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto