İran hökuməti Suriyada hava limanlarını bərpa edəcək.
BUTA.TV “Tasnim”ə istinadən xəbər verir ki, bununla bağlı iki ölkənin mülki aviasiya təşkilatları arasında saziş imzalanıb.
"Standartlar, təlim və təmir, eləcə də aviasiya xidmət mərkəzləri ilə bağlı məsələlər barədə razılıq əldə olunub. İran birgə işçi qrupun köməyi ilə Suriya hava limanlarını, o cümlədən Dəməşq hava limanını yenidən tikməyə və avadanlıqların quraşdırılmasına hazır olduğunu bəyan edib. Aviasiya sahəsində suriyalı mütəxəssislərin hazırlanması məsələsi üzrə də saziş imzalanıb”, - deyə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş deyib.
O bildirib ki, bu saziş İran və Suriya arasında yeni münasibətlər səhifəsi aça bilər.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto