Xəbər verdiyimiz kimi, müdafiə naziri Zakir Həsənov Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri Aleksendr Lentsov mayın 4-də Bakıda qəbul etmişdi.
BUTA.TV xəbər verir ki, Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasında hələ də fəaliyyət göstərməyə çalışan erməni separatçıların “dövlət naziri” Qurgen Nersisyan bu görüşdə “heç bir nəticə əldə edilmədiyini” bildirib.
Nersisyanın sözlərinə görə, ən qısa müddətdə yeni görüş planlaşdırılır, onun nəticələri haqda əlavə məlumat veriləcək.
Qeyd edək ki, Lentsov 3 dəfə separatçılarla, daha sonra isə İrəvanda müdafiə naziri Suren Papikyanla görüşəndən sonra Bakıya gəlmişdi. O, separatçılarla görüşdə “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlı danışıqlar aparacağına vəd vermişdi.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto