Polşa Rusiyanı fəlakətli nəticələrə gətirib çıxaracaq hərbi toqquşmaya təhrik edir.
BUTA.TV xəbər verir ki, avstriyalı jurnalist Ronald Barazon yazıb.
Jurnalistin sözlərinə görə, Rusiya səfirliyinin tərkibindəki məktəbin alınması Moskvanı əsəbiləşdirmək üçün edilib.
“Qəzəbli rusları məhv edəcək güclü NATO xəyalı tez dağılacaq. Yeni dünya müharibəsi milyonlarla insanın ölümünə, şəhərlərin dağıdılmasına, ərazilərin əksəriyyətinin yaşayış üçün yararsız hala düşməsinə səbəb olacaq və bu, Polşa müharibəsini qızışdıranlara zəfər gətirməyəcək”, - müəllif bildirib.
Barazon bildirib ki, Polşanın müttəfiqləri Varşavanın hansı təhlükəli oyunun başladığını anlamırlar. Avropa və Amerika siyasətçiləri oyunu və müharibəni dayandırmalıdır.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video