Qardaşımın öldüyünü saytlardan öyrəndim.
Kult.az xəbər verir ki, bunu Nyus24.az-a açıqlamasında Siyavuş Aslanın oğlu Eldar Aslan deyib.
O bildirib ki, Çingiz Aslanovun 1 həftədir morqda qalmasından xəbəri olmayıb:
"Çingizin vəfatından xəbərim olmayıb. Dünən saat 11-12 arası jurnalistlərdən biri zəng elədi. Çingizin vəfatı ilə bağlı xəbərlər yayıldığını dedi və başsağlığı verdi. Mən inanmadım. Düşündüm ki, yalan xəbər ola bilər. Ona da dedim ki, inanmıram, doğru xəbər ola bilməz. O, həmin xəbərin linkini mənə göndərdi. Ondan sonra dəqiqləşdirdim, bildim ki, Çingiz vəfat edib. Onun neçə vaxt morqda qaldığından ümumiyyətlə xəbərim olmayıb. Xəbəri alandan sonra Kübra Əliyeva, Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqına və Mədəniyyət Nazirliyinə dedilər. Hazırda nəşi məscidə gətirmişik. Saat 2-dən sonra torpağa tapşıracağıq. Qardaşım anamın yanında, Yasamal qəbristanlığında dəfn olunacaq".
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video