Yaponiyanın Honsü adasının sahilində 5,5 maqnitudalı zəlzələ olub.
BUTA.TV xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 70 km dərinlikdə yerləşib. Yeraltı təkanlar təkcə Honsü adasındakı Aomori, Akita və İvate prefekturalarında deyil, şimaldakı Hokkaydo adasında da hiss olunub.
Sunami təhlükəsi yoxdur. Dağıntılar barədə hələlik məlumat verilməyib.
Bu, Yaponiya ərazisində bir gündə qeydə alınan ikinci zəlzələdir. Belə ki, daha əvvəl Yapon dənizində Honsü adasının qərb sahili yaxınlığında 6,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı