Mərkəzi Nəbatat Bağında amfiteatrın inşası nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.
O bildirib ki, bağın ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur:
"Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində geniş meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır. Həmçinin, ərazidə uşaqlar üçün meydança da salınacaq. Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında göl yaradılacaq".
Şöbə müdiri söyləyib ki, ərazidə alimlər və mütəxəssislər işləyir, analizlər aparırlar: “Bağda böyük arenjeriya olacaq. Arenjeriyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar".
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi