Ermənistan polisi terrorçuluq ittihamı ilə axtarışda olan 17 yaşlı rusiyalını saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Volqoqrad vilayətində axtarışda olan Yaroslav İnozemtsev adlı İrəvanda şəxs polis məntəqəsinə aparılıb.
İnozemtsevin anası bildirib ki, oğlu Rusiyada məktəbə hücuma hazırlıqda ittiham olunur. Onun artıq polis məntəqəsindən buraxıldığı bildirilir.
Qeyd olunub ki, hüquq müdafiəçiləri onun Avropa ölkələrindən birinə göndərilməsilə ilə bağlı viza məsələlərini həll edirlər.
Xatırladaq ki, Ermənistanın strateji müttəfiqi olan Rusiyada terror ittihamı ilə qiyabi həbs qərarı verilən şəxsi azad etməsi, həmçinin onun Avropaya göndərilməsinə hazırlığı təəccüblə qarşılanıb.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi