Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satışa çıxardığı qida məhsullarının polis tərəfindən dağıdıldığını iddia edərək və internet TV kanallarından birinə müsahibə verib.
Bu barədə DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir.
O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib. V.Əzizov bu əməlləri ilə hüquqazidd hərəkətlərini davam etdirərək satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb.
Qeyd edək ki, onunla dəfələrlə profilaktik iş aparılmasına və müvafiq icra hakimiyyəti əməkdaşları tərəfindən qanunla müəyyən olunan yerlərdə ticarət aparması təklif olunsa da imtina edib.
Polis əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi