Mən müxalifətlə bütün mövzuları müzakirə etməyə hazıram. Sizi heç qorxmamağa, düşünməyə və bəzən gözlənilməz fikirlər söyləməyə çağırıram. Məni o qədər satqın adlandırıblar ki, artıq satqın adlandırmaqdan qorxmuram.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında deputatların sualına cavab olaraq deyib.
O, “Nemezis” terror hərəkatına, o cümlədən faşist Qaregin Njdeyə abidə qoyulmasını yanlış adlandırıb:
“Ölkəmizin 30 illik müstəqilliyi dövründə niyə şahların heykəli yoxdur? Soruşuram, niyə yoxdur? Çünki bizim vətənpərvərlik modelimiz dövlət modeli deyil. Vətənpərvərlik modelinin özəyi erməni dövlətçiliyi deyil, kral ilk növbədə dövlətçilik rəmzidir. Əsl problem budur. İndiki erməni vətənpərvərliyi müstəqil və suveren dövlətə əsaslanmır”.
Qeyd edək ki, Türkiyə türk diplomatlara qarşı terror həyata keçirən və onları qətlə yetirən “Nemezis” terror hərəkatına İrəvanda heykəl qoyulduğu üçün Ermənistan təyyarələri üçün hava məkanını bağlayıb.
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi