İyunun 1-də Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın sualına cavabında deyib.
“Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz”, - N.Paşinyan söyləyib.
Eyni zamanda, deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmadığını soruşub:
"Belə olsaydı, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr