Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dövləti silahdan öz ərazisini qorumaq üçün istifadə edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında söyləyib.
"Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum etmirik", - Zelenski vurğulayıb.
V.Zelenski bildirib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur. Eyni zamanda, Ukraynanın, hətta bu ehtiyaclar üçün kifayət qədər silahı yoxdur.
Qeyd edək ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum edildiyinə dair ittihamlar səsləndirilib.
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı