Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava məkanını bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, “FlyOne Armenia” şirkətinin türkiyə üzərindən Avropaya uçuşları 29 apreldən dayandırılıb.
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol
- Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - Foto
- Sabah yağış yağacaq
- Sahildə güclü zəlzələ: Ərazidə parçalanma başladı
- Ötən həftə 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib - FHN
- 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Sədr
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu