“FlyOne Armenia” aviaşirkəti İrəvan-Paris-İrəvan reysini ləğv edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı şirkət açıqlama yayıb.
Reysin ləğv edilməsinə səbəb Türkiyənin öz hava məkanından uçuşa izn verməməsi olub.
Qeyd edək ki, Türkiyə hava səmasından uçmağa izn vermədiyi üçün 29 apreldə İrəvana uçan “FlyOne” şirkətinin təyyarəsi Kişinyova enməyə məcbur olmuş, daha sonra isə Rusiya ərazisindən istifadə ilə reysi başa çatdırmışdı.
Türkiyənin hava məkanını bu aviaşirkət üçün bağlamasının əsl səbəbi rəsmi olaraq açıqlanmayıb.
- Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video
- Kart ödənişlərində komissiyalara limit qoyuldu
- Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlandı
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”