Ramazan bayramı ilə bağlı fikir ayrılığının yaranması ilə bağlı müzakirələr davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə aprelin 21-i Ramazan bayramıdır. Artıq bayram namazı qılınıb. QMİ-dən bildirilib ki, bu gün oruc tutmaq günahdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bəzi qruplar yenidən çaşqınlıq yaratmağa çalışır. Bayramın bu gün olmadığını, orucluğun davam etdiyini deyirlər, bu haqda sosial şəbəkələrdə təbliğat aparırlar. Bu qrupların İrana bağlı olması ilə bağlı iddialar səsləndirilir.
Bəzi rayonların axundları bu təxribatlarda birbaşa iştirak edir. Məlumatda deyilir ki, İmişli rayonunun axundunun İrandan aldığı tapşırıqla Ramazan bayramının bu gün olmadığını elan edib. Rayon sakinləri iddia edirlər ki, axund İrandakı mərkəzlərdən göstəriş aldığı üçün belə edir.
Sakinlərin bildirdiyinə görə, hazırda rayonda çaşqınlıq yaranıb. Rayonun inanclı insanlarının yarısı orucu bu gün açıb, yarısı da İrana təqviminə uyğun olaraq sabah açacağını deyib. Rayonun axundunun telefonunu söndürərək, İmişlidən qaçdığı haqda məlumat dolaşır.
Xatırladır ki, Prezident İlham Əliyev xalqı Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda əksəriyyət aprelin 21-ni bayram kimi qeyd edir.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava