Rusiya və Moldova arasında diplomatik müharibədən danışmaq tezdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Moldovanın hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputatı Dorian İstrati deyib.
Onun sözlərinə görə, diplomatik müharibə səfir də daxil olmaqla, bütün diplomatik korpusun işçilərinin öz ölkələrinə geri göndərilməsidir.
Deputat qeyd edib ki, hazırda Moldova və Rusiya bu mərhələdə deyil, diplomatik müharibədən danışmaq tezdir.
O əlavə edib ki, Moldovada 30-dan çox rusiyalı diplomat akkreditə olunub.
Qeyd edək ki, Moldova bir rus diplomatını arzulanmaz şəxs elan edib və Rusiya saytlarının ölkə ərazisində yayımını bloklayıb.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava