İran ordusunun inventarına 200-dən çox pilotsuz uçuş aparatı daxil edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar İran Müdafiə Nazirliyi ilə ordunun birgə əməkdaşlığı sayəsində hazırlanıb.
İranın bir sıra bölgələrində PUA-ların rəsmi təhvil-təslim mərasimi keçirilib, yüksək rütbəli hərbçilər və rəsmi şəxslər iştirak ediblər.
Agentliyin məlumatına görə, mərasimdə İran ordusuna “Əbabil 5”, “Əbabil 4”, “Ərəş”, “Karrar”, “10-cu Şəhrivar”, “Axqar”, “Switchblade”, “Homa” kimi silah modelləri təhvil verilib.
Pilotsuz uçuş aparatları “hava-hava” və “hava-yer” raketləri, havada avtomatik idarə olunan ağıllı bombalar və elektron müharibə sistemi ilə təchiz edilib.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava