İrəvanda Azərbaycan bayrağını yandıran Aram Nikolyanın Ermənistan dövlət qurumlarına girişinə qadağa qoyulub.
BUTA.TV xəbər verir ki, bu barədə “Haykakan Yamanak” nəşri məlumat yayıb.
“Bizdə olan məlumata görə, onun Ermənistan İctimai Televiziyasının binasına və polis tərəfindən qorunan dövlət qurumlarına daxil olması qadağandır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunu məlumatına görə, A.Nikolyan Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava