Bu gün Azərbaycanda festivallara görə müəllif kinosu adına xələl gətirirlər, festivalın mövzusuna görə filmlər çəkilir, bu, yolverilməzdir. Film ürəklə, vətəndaş mövqeyi ilə çəkilməlidir.
Kult.az xəbər verir ki, bunu Film Fondunun direktoru Cəmil Quliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
“Filmlərdə mövzu seçimi aktual məsələdir. Biz müəllif kinosunu inkişaf etdirməliyik. Bu olmasa nə kinomuz inkişaf edəcək, nə də kino tariximizi yaza biləcəyik. Gənclərə dəstək olmaq lazımdır. Onlar üçün meydança olmalıdır. Müəllif kinosu gənclərin çəkdiyi ilk filmlərdən başlayır", - Quliyev bildirib.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video