Ukraynanın gələcəyi NATO-ya üzv olmaqdır, amma indi hərbi dəstək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın gələcəyi NATO-dadır. Bütün müttəfiqlər bununla razılaşırlar. Eyni zamanda, hazırda Alyans və müttəfiqlərin əsas diqqəti Ukraynanın qalib gəlməsini və Avropada suveren, müstəqil və demokratik dövlət olaraq qalmasını təmin etməkdir. Çünki bu, Ukraynanın gələcək üzvlüyü ilə bağlı mənalı müzakirələrin aparılmasının yeganə yoludur”, - Stoltenberq bildirib.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video