Xəbər verdiyimiz kimi, Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksi yerləşir. “Ləkit” coğrafi adı Qafqaz Albaniyasında yaşamış qədim lək tayfasının adından götürülüb. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır.
Məsələ ilə bağlı Kult.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hazırda ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır:
“Onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər görüləcəkdir”.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video